Rusiya Premyer Liqasının XXIV turunda "Spartak"a 3:4 hesabı ilə uduzduqları matç zamanı ağır xəsarət alıb, huşunu itirən Kadi Borgesin son durumu bəlli olub.
Offsideplus.az "Match TV"yə istinadən xəbər verir ki, futbolçuya qapalı kəllə-beyin travması, beyin silkələnməsi və kəllə sümüyündə çoxsaylı sınıq diaqnozu qoyulub.
Qeyd edək ki, Kadi ikinci hissənin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb. Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.