"Ximki" klubunun əvəzedici heyətini çalışdıran Nazim Süleymanovun yeni vəzifəsi açıqlanıb. 

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı məşqçi Rusiya təmsilçisinin U-19 komandasının baş məşqçisi olacaq. Onu əvəzedici komandada Rinat Bilyaletdinov əvəzləyib. 

Qeyd edək ki, N.Süleymanov 2022-ci ilin sentyabrından "Ximki"nin ikinci komandasını çalışdırırdı.