Rusiya Premyer Liqasında 21-ci turun görüşləri oynanılır.

Offsideplus.az  xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin çıxış etdiyi “Krasnodar” da növbəti matçını keçirib.

Sözügedən komanda səfərdə "Ximki" ilə üz-üzə gəlib və matçdan böyükhesablı qələbə ilə ayrılıblar - 6:0. 

Kadi də bu matçın iştirakçısı olub. İkinci yarının startında əvəzetmədən meydana çıxan braziliyalı futbolçu komandasının parlaq qələbəsində pay sahiblərindən olub. 
Krasnodarlıların 4-cü qolunu Borges vurub. O, 63 dəqiqədə fərqlənib. 

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi yeni komandasında meydana çıxdığı 4 oyunda 3 qola imza atıb. "Krasnodar" 21 oyundan sonra 32 xalla 8-ci pillədə yer alıb.

Kadinin vurduğu qolun videosunu təqdim edirik: 

https://t.me/offsideplusaz/28124