"Ural" klubunun əvəzedici və U-19 komandalarının qapıçısı olan David Alekseyev vəfat edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, David Alekseyev "Ural"ın yetirməsidir. Gənc qapıçı 2021-ci ildə əsas komanda ilə təlim-məşq toplanışında da iştirak edib.