Rusiya "Ximki"sinin əvəzedici komandasının baş məşqçisi Nazim Süleymanovun köməkçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Emin Ağayev təyin olunub. Azərbaycan millisinin sabiq üzvü bundan əvvəl klubun U-19 komandasında N.Süleymanovun köməkçisi olmuşdu.

Qeyd edək ki, milli komandamızın sabiq kapitanı olan N.Süleymanov bu ay "Ximki"nin əvəedici komandasının baş məşqçisi seçilib. O, bundan əvvəl klubun U-19 komandasını çalışdırırdı.