Nazim Süleymanov Rusiya "Ximki"sinin əvəzedici komandasının baş məşqçisi təyin edilib.

Offsideplus.az xəbər verir ki, bundan əvvəl "Ximki"nin U-19 komandasının baş məşqçisi idi. Süleymanov ötən ilin sentyabrından həmin vəzifədə işləyirdi.

Xatırladaq ki, milli komandamızın sabiq kapitanı olan N.Süleymanov Azərbaycanda müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, AZAL, “Neftçi”, “Sumqayıt” və U-19 yığmasının baş məşqçisi olub.