Azərbaycanlı futbolçu Ayaz Quliyevin də çıxış etdiyi Rusiyanın “Ximki” klubuna transfer qadağası qoyulub.
Offsideplus.az xəbər verir ki, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib. Rusiya Premyer Liqasında çıxış edən klub “Joint Industries Limited Partnership” şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib.
Bildirilib ki, “Ximki” üzərinə götürdüyü şərtlərə əməl etsə, transfer qadağası ləğv oluna bilər.