“Sumqayıt”a keçidi gözlənilən Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubunu tərk edib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əliyev “Arsenal”a bu mövsümün əvvəlində keçmişdi.
Xatırladaq ki, Kamran “Sumqayıt”ın Türkiyə toplanışında da iştirak edib. Onun qısa zamanda bu klubla rəsmi müqavilə bağlaması gözlənilir.