Rusiyanın "Zenit" klubunun futbolçusu Deyan Lovren karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin müdafiəçisi "Lion"la anlaşıb. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Xəbərə görə xorvatiyalı futbolçu Liqa 1 təmsilçisi üçün artıq tibbi müayinədən keçib. Yayda müqaviləsi başa çatacaq 33 yaşlı müdafiəçi üçün Fransa klubunun az miqdarda təzminat məbləği ödəyəcəyi bildirilir.
Xatırladaq ki, Lovren 2010-2013-cü illərdə "Lion"da çıxış edib.O, 2020-ci ildən "Zenit"in formasını geyinir.
Qeyd edək ki, 2022-ci il Dünya Kubokunda Deyan Xorvatiya millisinin tərkibində bürünc medal qazanıb.