Rusiya Premyer Liqasında çıxış edən “Soçi”nin yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, komandanın "sükan"ı Kurban Berdıyevə tapşırılıb.
70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un “sükanı arxasında” olub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın “Rubin” komandasının “sükanı arxasında” çalışıb. Baş məşqçi 2014-2017-ci illərdə “Rostov”da da işləyib.