Bir müddət öncə Cənubi Azərbaycan təmsilçisi "Traktor"dan ayrılan Kurban Berdıyevin yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "Soçi"ni çalışdıracaq. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
70 yaşlı çalışdırıcı ilə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kurban Berdıyev 2001 - 2013 və 2017 - 2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında Kazan təmsilçisi iki dəfə Rusiya çempionu olub və iki dəfə çempionatın bürünc medalını qazanıb. Məşqçi sözügedən klubla həm Rusiya kubokunu, həm də Superkubokuna sahib çıxıb. Mütəxəssis 2014 - 2017-ci illərdə isə Rusiyanın digər təmsilçisi "Rostov"a rəhbərlik edib. Burada isə onun komandası yerli çempionatı 2-ci pillədə başa vurub.