Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Komanda səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6.
Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 78-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 90+3-cü dəqiqədə penaltidən dəqiq yararlanan Sadıqov vurub.
Qeyd edək ki, “Ximki” 15 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.