Rusiyanın “Ximki” klubunun yeni idman direktoru bəlli olub.
Offsideplus.az klubun saytına istinadən xəbrə verir ki, azərbaycanlı Anar Azər oğlu Məmmədov Məmmədov bu vəzifəni idarə edəcək. O, 2022-ci ilin yanvar ayından Premyer Liqası təmsilçisinin seleksiya şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, “Ximki” 8 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.