Almaniya yığması ciddi itkilərlə üzləşib.
Offsideplus.az xəbər verir ki, Manuel Noyer və Leon Qoretskanın koronavirus testi müsbət nəticə verib.
Hər iki futbolçu milli komandadan uzaqlaşdırılıb. Əvəzində “Hoffenhaym”ın qapıçısı Oliver Baumann milliyə çağırılıb.
Qeyd edək ki, Almaniya millisi UEFA Millətlər Liqasında Macarıstan və İngiltərə ilə qarşılaşacaq.