"Qarabağ"ın və "Neftçi" klublarının sabiq futbolçusu Aylton Silva karyerasını Rusiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, "Rodina"ya keçib. Lakin braziliyalı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Aylton 2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb. O, 2015-2016-cı illərdə "Neftçi"nin də formasını geyinib.