Rusiya Premyer Liqasında 9-cu turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqovun çıxış etdiyi “Ximki” öz meydanında “Krılya Sovetov”la üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb (0:0).

Azərbaycanlı futbolçular bu görüşün iştirakçısı olmayıblar. Ayaz Quliyevin adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Ximki” 9 turdan sonra 8 xalla 16 komanda arasında 13-cü pillədə yer alıb.