Rusiya Birinci Liqasında 7-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb. 

Komanda səfərdə “Ufa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Kamran Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. 

“Arsenal” 8 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşıb.