Rusiya "Ximki"sinin Müşahidə Şurasının üzvü Roman Teryuşkov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Rusiya klubunu çalışdırmaqdan imtina etdiyi barədə yayılan məlumatlar haqda fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında deyib: "Ximki" klubu bu məşqçi ilə əlaqə saxlamayıb".
Qeyd edək ki, daha əvvəl jurnalist İvan Karpov Qurban Qurbanovun "Ximki"ni çalışdırmaqdan imtina etdiyi xəbər yaymışdı.