Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Ayaz Quliyev də bu oyunun iştirakçısı olub. “Ximki”də debüt edən futbolçu son 26 dəqiqədə mübarizə aparıb.
Qeyd edək ki, “Ximki” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.