Rusiyanın "Ximki" klubunun futbolçusu Ayaz Quliyev yerli mətbuata müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli oyunçu açıqlama zamanı dinlə bağlı fikirlərini söyləyib:
"Din mənim üçün birinci yerdədir. Mənim həyatımda bundan vacib heç nə yoxdur. Qalan hər şey ikinci dərəcəlidir. Nə etsəm də, həmişə İslam dininə güvənirəm. Hər hansı döyüş vəziyyətində heç nə haqda düşünmədim. Sonra qərara gəldim ki, yaxşı bir şey etməliyəm. Maykl və mən xeyriyyəçilik üçün pul verdik. Sonra içimdə çox şey dəyişdi. Mən daha sakit və daha dözümlü oldum. Artıq çox şeyə o qədər də kəskin reaksiya vermirəm”.
Qeyd edək ki, Ayaz Quliyev "Ximki"yə bu yay "Arsenal"dan (Tula) keçib.