Rusiya Premyer Liqasında ötən mövsümün ən yaxşıları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 2017/2018 mövsümünün ən yaxşı futbolçusu “Krasnodar”ın hücumçusu Fyodr Smolov seçilib.

Ən yaxşı gənc oyunçu adına isə ÇSKA-nın 22 yaşlı yarımmüdafiəçisi Aleksandr Qolovin layiq görülüb. "Rostov"un Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev namizədlər arasında olsa da, Qolovindən geri qalıb.

Ən yaxşı məşqçi isə “Lokomotiv”in çalışdırıcısı Yuri Syomin olub. "Dəmiryolçular" Syominin rəhbərliyi altında başa çatan mövsümü çempion kimi tamamlayıb.

Əlavə edək ki, 71 yaşlı mütəxəssis 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.