Rusiyanın "Dinamo" (Moskva) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Slavişa Yokanoviç təyin olunub.Onunla 1+2 illik müqavilə imzalanıb. Serb mütəxəssis"Herta"ya keçən Sandro Şvartsı əvəzləyib.

Qeyd edək ki, S.Yokanoviçin son klubu 2021-ci ilin noyabrında istefaya göndərildiyi "Şeffild Yunayted" olub.