Rusiya Premyer Liqasını tərk edən ilk klub müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Arsenal" (Tula) komandası aşağı liqaya düşüb.

Tula təmsilçisi 29-cu turda "Ufa"ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.

"Arsenal" növbəti mövsüm Milli Futbol Liqasında (FNL) mübarizə aparacaq.