Niderland PSV-sinin 2022/23 mövsümü üçün yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, Eyndhoven təmsilçisini Ruud van Nistelrooy çalışdıracaq. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Ruud van Nistelrooy bu postda mövsümün sonunda komandadan ayrılacaq Rojer Şmidti əvəz edəcək.