Rusiyanın “Krasnodar” klubu yarımmüdafiəçisi Remi Kabella ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Remi Kabelya 2019-cu ilin yayında Fransanın "Sent-Etyen"indən "Krasnodar"a keçib.
Xatırladaq ki, FİFA legioner oyunçulara Rusiya klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etməyə icazə verib.