"Krasnodar"ın futbolçusu Viktor Klasson komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı isveçli oyunçu qarşılıqlı razılaşma əsasında sözləşməsinə xitam verib. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Onun bunu etməsinə səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olub.
Xatırladaq ki, Klasson 2017-ci ildən "Krasnodar"ın şərəfini qoruyurdu.
Qeyd edək ki, İsveç millisinin üzvünü "Fənərbağça" heyətinə qatmaq istəyir. "Sarı-lacivərtlilər" oyunçuya bu barədə təklif göndərib.