Rusiyanın "Krasnodar" komandasının 8 legioneri klubdan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella "Krasnodar"la müqaviləni ləğv edib.

Qeyd edək ki, UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin klublarının bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edir.