"Krasnodar"ın baş məşqçisi Daniel Farke postdundan ayrılıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı alman çalışdırıcının sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Farkenin köməkçiləri də klubu tərk ediblər.
Qeyd edək ki, o, bu ilin yanvarından Rusiya təmsilçisinə rəhbərlik edirdi.
Xatırladaq ki, daha əvvəl "Lokomotiv"in almaniyalı çalışdırıcısı Markus Gisdol vəzifəsindən ayrılmışdı.