"Dinamo"nun (Moskva) köməkçi məşqçisi Anrey Voronin istefa verib.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı ukraynalı çalışdırıcı ilə qarşılıqlı anlaşma əsasında müqaviləsinə xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Andrey Voronin 2020-ci ildən Moskva təmsilçisinin məşqçilər korpusunda yer alırdı. O, 2007/2009-cu illər aralığında "Liverpul"da çıxış edib.