Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti görüşünə çıxıb.
Komanda səfərdə “Soçi” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Ayaz Quliyev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Arsenal” geridə qalan 19 turda 19 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.