“Ximki"nin baş məşqçisi İqor Çerevçenkonu istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi saytı məlumat verib. Onunla qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilib.
Qeyd edək ki, “Ximki” Premyer Liqada 18 oyundan sonra 14 xalla sonuncu 16-cı yer alıb.
Xatırladaq ki, bu komandada əslən azərbaycanlı futbolçu İlya Sadıqov da çıxış edir.