Həmyerlimiz Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, sözləşməsinə xitam verən 23 yaşlı hücumçu birinci divizionda çıxış edən “SKA-Xabarovsk” klubuna keçib.

Qeyd edək ki, "Ximki”nin yetirməsi olan Kamran Əliyev "qırmızı-qaralar"ın heyətində 88 oyuna çıxıb.