“Krasnodar” klubunda baş məşqçi Viktor Qonçarenko ilə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasında 18 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.