Rusiyanın "Dinamo"(Moskva) klubunun erməni əsilli futbolçusu Arsen Zaxaryan Madrid "Real"ına transfer olunacağıyla bağlı yayılan xəbərlər barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Championat.com" nəşrinə açıqlamasında bu barədə informasiyanı ancaq mətbuat və sosial şəbəkələrdən oxuduğunu deyib. O, "kral klubu"na keçmək istəyində olduğunu da vurğulayıb:
"Real"a transfer ediləcəyimlə bağlı xəbərlər ancaq mətbuatda və sosial şəbəkələrdə qarşıma çıxır. Dəqiq bir söz deyə bilmərəm, ancaq niyə də olmasın?".
Qeyd edək ki, Rusiya mətbuatında yayılan məlumatlara görə, "Real" Zaxaryan üçün qarşı tərəfə 20 milyon avro təklif edir. Bu məbləğ bonuslarla birlikdə 25 milyon avro da ola bilər.