“Spartak” (Moskva) klubunda baş məşqçi Ruy Vitoriya ilə yollar ayrılıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi rəhbərliyinin portuqaliyalı mütəxəssisi istefaya göndərməklə bağlı qərar qəbul etdiyi bildirilib.
Qeyd edək ki, “Spartak” Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Moskva klubu Rusiya Premyer Liqasında 9-cu sıradadır.