Rusiya Premyer Liqasında 18-ci turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti oyununa çıxıb. 

Tula təmsilçisi səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Ayaz Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Arsenal” 19 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.