"Rostov" "Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevi birdəfəlik alıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Bu keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib.
Qeyd edək ki, Rusiyanın gənclərdən ibarət millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qış fasiləsində sonra isə “Rostov”da çıxış edib.