Moskva ÇSKA-nın futbolçusu Jaka Biyol "Qalatasaray"a transfer oluna bilər.

Offsideplus.az xəbər verir ki, "cim-bom" 22 yaşlı sloveniyalı oyunçunu qışda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Sloveniya millisinində şərəfini qoruyan futbolçu 2018-ci ildən ÇSKA-da çıxış edir. O, bu mövsüm 14 matçda 1 qol, 1 məhsuldar ötürmə edib.