"Ximki"də çıxış edən Kamran Əliyev klubunu dəyişib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu icarə əsasında karyerasını "SKA-Xabarovsk"da davam etdirəcək.
Məlumata əsasən, futbolçunun xidmətində komandanın baş məşqçisi, daha əvvəl ölkəmizdə "Simurq"u çalışdıran Sergey Yuran maraqlı olub.
22 yaşlı futbolçu mövsümün sonuna qədər Xabarovsk təmsilçisinin şərəfini qoruyacaq.