Rusiya Premyer Liqasında çıxış edən "Ufa" klubu maliyyə sıxıntıları ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, çempionatın 7-ci turu çərçivəsində "Soçi" ilə qarşılaşacaq komandanın səfərə getməyə pulu qalmayıb. Yayılan məlumata əsasən, klubun büdcəsində yalnız avqust ayı üçün maaş pulu qalıb. Əgər klub maaşları tam olaraq ödəsə, səfərə getməyə pul tapa bilməyəcək. 

Bildirilir ki, hazırda klub rəhbərliyi futbolçuların maaşını geciktirməyi planlaşdırır. 

Qeyd edək ki, "Ufa"da azərbaycanlı futbolçu Kamran Əliyev çıxış edir.