Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda “Nijni Novqorod”la qarşılaşıb. Matçı ehtiyatda keçirən Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Xatırladaq ki, 6 turdan sonra 6 xalı olan “Ximki” 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.