Rusiya Premyer Liqasının 2-ci turunda baş tutan "Axmat" - "Soçi" matçı 3 dəqiqəlik dayandırılıb.

Offsideplus.az xəbər verir ki, buna ilk hissədə ev sahiblərinin cərimə meydançasında diri ilanın aşkarlanması səbəb olub. İlanı görən "Axmat"ın qolkiperi Qiorgi Şeliya dərhal oyunun hakimi İvan Sidenkovanı çağırıb.

Daha sonra stadion əməkdaşları ilanı meydandan çıxarıblar.

Qeyd edək ki,  matç hazırda "Soçi"nin 2:0 hesablı qələbəsi ilə davam edir.