18 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü David Qarayevin yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu Rusiyanın "SKA-Xabarovsk" komandasına keçib. Onunla 1 illik müqavilə imzalandığı açıqlanıb. O, yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib.