Azərbaycanlı futbolçu Ayaz Quliyev “Rostov”dan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsi başa çatdığından “Spartak”a qayıdıb.
Qeyd edək ki, Rusiyanın gənclərdən ibarət millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qış fasiləsində sonra isə “Rostov”da çıxış edib.