“Zenit” baş məşqçi Roberto Mançini ilə yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis  müqavilənin ikitərəfli şəkildə pozulması barədə rəhbərliklə razılığa gəlib. Anlaşmaya əsasən, baş məşqçinin müqaviləsi sabah qüvvədən düşəcək və buna görə heç bir tərəf təzminat ödəməyəcək.

 Növbəti həftənin əvvəlində isə Mançinin İtaliya millisinə baş məşqçi təyinatı gerçəkləşəcək. Federasiya artıq komandanın sabiq çalışdırıcısı Canpyero Ventura ilə müqaviləni ləğv edib.

Qeyd edək ki, Mançini 2017-ci ilin yayından “Zenit”ə başçılıq edirdi.(qol.az)