"Spartak"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Ruy Vitoriya təyin olunub. 51 yaşlı mütəxəssis komandanı tərk edən Domeniko Tedeskonu əvəzləyib. Yeni çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Spartak" Rusiya Premyer Liqasını 57 xalla 2-ci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.