"Spartak" "Çelsi"nin futbolçusu Viktor Mozesi birbaşa heyətinə qatıb.

Offsideplus.az "Transfermarket.com"a istinadən xəbər verir ki, Moskva təmsilçisi 30 yaşlı vinger üçün "zadəganlara" 5 milyon avro ödəyib. Bu mövsüm icarə əsasında "Spartak"da çıxış edən Mozes, komandasının liqanı ikinci bitirməsi və Çempionlar Liqasına yüksəlməsində böyük rol oynayıb. 

Qeyd edək ki, nigeriyalı futbolçunu 2012-ci ildə "Uiqan Atletik"dən transfer edən "Çelsi" onu "Liverpul", "Stok Siti", "Vest Hem", "Fənərbağça", "İnter" kimi klublara icarəyə göndərib.