Rusiya Premyer Liqasının 30-cu turunda səfərdə "Axmat"la bərabərə qalan "Spartak" (2:2) çempionatı 2-ci pillədə başa vurmaqla Çempionlar Liqasına vəsiqə qazandı.
Offsideplus.az xəbər verir ki, Rusiyanın köklü komandasının futbolçuları Qroznıdan Moskvaya qayıdanda baş məşqçiylə köməkçilərinə sürpriz ediblər. Belə ki, komanda üzvləri hava limanında Domeniko Tedesko ilə məşqçilər heyətindəki digər mütəxəssisləri təyyarənin göyərtəsinə əllərində gətiriblər.
Qeyd edək ki, Tedesko ilə köməkçiləri mövsüm başa çatandan sonra "Spartak"ı tərk edəcək. Yeni mütəxəssisin kim olacağı hələ ki, bilinmir.