"Spartak" klubu ilə yollarını ayıran əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin ciddi ağciyər xəstəliyindən əziyyət çəkdiyi ortaya çıxıb.
Offsideplus.az "Championat"a istinadən xəbər verir ki, bu səbəbdən 25 yaşlı yarımmüdafiəçi uzun müddət oynaya və heyətə düşə bilməyib. Koronavirus olmadığı bildirilən bu xəstəliyə görə, Quliyev məşqlərdə nəfəs almaqda çətinlik çəkib.
Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyevin gələcəyi sual altındadır. Futbolçunun karyerasını başa vuracağı gözlənilmir, lakin bir il yarımdan çoxdur ki, oynamır. Onun yenidən "Rostov"a qayıtması gündəmdədir.