Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, ölkəmizin gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti görüşünə çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Kamran Əliyev bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

29 turdan sonra 44 xalı olan “Ximki” 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.